Qanuni oğru Toppuş bacının müalicəsi üçün 10 min dollar yolladı – VİDEO

Xərçənglə mübarizə aparan “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın müalicəsi üçün “Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyev 10 min dollar göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Toppuş bacı ilə həmkarı Pərvin Abıyevanın “TikTok” sosial şəbəkə də açdığı canlı yayımda bəlli olub.
Pərvin Tünzalənin “ağıllı dərman” preparatının alınması üçün mütamadi olaraq həmkarı ilə canlı yayım açaraq onunla yarışma keçirib.
Sözügedən məsələnin ictimailəşməsi ilə bağlı adı çəkilən aşıq Namiq Fərhadoğlunun adının hallanması isə öz təsdiqini tapmayıb. Belə ki, aşıq Bizim.Media-ya açıqlamasında bildirib ki, “qanuni oğru”nun aktrisaya 10 min dollar yollanması Toppuş bacının Pərvin Abıyeva ilə açdığı canlı yayım zamanı bəlli olub.
Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
Beynində bədxasisəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Gələn il Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər təşkil ediləcək

SONRAKI XƏBƏR

“Financial Times”dan qiyməti artımı ilə bağlı PROQNOZ: Bu tarixdən zəifləyəcək