Filarmoniyada Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dövlət Simfonik Orkestrinin konserti olub - VİDEO - FOTO

Filarmoniyada Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dövlət Simfonik Orkestrinin konserti olub - VİDEO - FOTO<span class="qirmizi"></span>

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.

Milli.Az bildirir ki, konsertdə məşhur piano ifaçısı Roberta Pandolfi (İtaliya) və beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli çıxış ediblər.

Gecədə Sergey Prokofyevin Piano və orkestr üçün 5 nömrəli konserti G-dur, op.55 (Bakıda ilk ifa), Pietro Maskanyinin "Kənd namusu" operasından İntermetso, Cakomo Puççinin "Turandot" operasından "Liunun ariyası", "Canni Skikki" operasından "Laurettanın ariyası", "Bohema" operasından "Müzettanın ariyası", Ottorino Respiginin "Pini do Roma" simfonik poemasısəsləndirilmişdir.
İtaliyalı pianoçu Roberta Pandolfini görkəmli bəstəkar Vasif Adıgözəlovun "24 prelüd" silsiləsindən 1 nömrəli prelüdü ifa etməsi dinləyicilərə xoş təəssuratlar bəxş etmişdir.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Milli.Az

 

Mənbə: news.milli.az