Kralın həyat yoldaşı II Elizabetin ənənəsini pozdu

Kralın həyat yoldaşı II Elizabetin ənənəsini pozdu<span class="qirmizi"></span>

Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı kraliça Kamilla Buckingham sarayında “Gəlinin katibəsi” statusunu ləğv edərək ənənələri pozub. O, bu mövqeni “gəlinin müşaiətçiləri” adı ilə dəyişərək 6 yaxın dostunu işə götürüb.

Qeyd edək ki, müşaiətçi, məsləhətçi və katib vəzifələrini daşıyan “şəxsi katibələr” kraliça II Elizabeti və onun qızı şahzadə Marqareti rəsmi tədbirlərdə və xaricə səfərlərdə müşayiət edərək kral ailəsində mühüm rol oynayıblar.

“Gəlinin müşayiətçiləri”nə simvolik maaş da veriləcəyi açıqlanıb. Onlar əvvəlki kimi məktubları cavablamaq və proqram planlaşdırılması kimi işlərə cəlb edilməyəcəklər. Kraliçaya dəstək və yoldaşlıq etmək üçün seçiliblər.

Sima Cəfərova

 

Mənbə: azvision.az