Azərbaycanlı müğənni ad gününə 18 mindən çox xərclədi - FOTO

Azərbaycanlı müğənni ad gününə 18 mindən çox xərclədi - FOTO<span class="qirmizi"></span>

Müğənni Lətifə Soyuözün ad günü olub.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni özəl gününü şəhər restoranlarından birində qeyd edib. Gecəyə Lətifənin ailə üzvləri və dostları qatılıblar. Maraqlı keçən məclis mediaya da qapalı olub.

Tədbirdə diqqət çəkənlərdən biri ifaçının geyimi olub. Belə ki, Lətifə "Balenciaga" brendinin ən son kolleksiyasına müraciət edib. O, hələ Azərbaycanda olmayan kolleksiyanı özəl sifariş verib.

Soyuözün "Balenciaga"dan olan "limited edition" eynəyinin qiyməti 2945 manatdır. Qara uzun don 4650, çanta 4100, çəkmə 6460 manatdır. Lətifə ad günü görünüşünə ümumilikdə 18 min 155 manat xərcləyib.

 

Qeyd edək ki, şəkillərin müəllifi Orxan Əlidir.

Mənbə: publika.az