Reşetova sinif yoldaşlarının zorakılığına məruz qaldığını açıqladı

Reşetova sinif yoldaşlarının zorakılığına məruz qaldığını açıqladı<span class="qirmizi"></span>

Rusiyanın məşhur model və bloqeri Anastasiya Reşetova məktəb illərində sinif yoldaşlarının psixoloji təcavüzünün qurbanı olduğunu bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, onun sözlərini "The Voice" sitat gətirib.

"Bulling... Mən uşaqlıqdan bəri bununla mübarizə aparmışam. Məktəbdəki xarici əlamətlər, davranışlar, hətta yaxşı akademik performans zorakılığa səbəb ola bilər",- deyə Anastasiya qeyd edib.

Reşetovanın sözlərinə görə, o, indi də təqiblərlə üzləşir: "Mən hələ də kiber zorakılıqla qarşılaşıram, yalnız geniş miqyasda - hər gün yüzlərlə və minlərlə insandan... Ancaq daha mənə təsir etmir".

Mənbə: news.milli.az