Xatunun oğlunun toyuna Aygün Kazımova DAMĞA VURDU – VİDEO

Xəbər verdiyimiz kimi, paytaxt restoranların birində müğənni Xatun Əliyevanın oğlu Adilin toyu keçirilir.

Bizim.Media xəbər verir ki, sənətçi övladının özəl gününə Xalq artisti Aygün Kazımovanı dəvət edib.

Pop diva səhnəyə çıxan kimi bütün diqqətlər ona yönəlib. Bir çox şou-biznes nümayəndələrinin yer aldığı gecəyə Aygün coşqusu və hit ifaları ilə damğa vurub.

Məclisin əsas üzvləri olan bəy və gəlin, eyni zamanda Xatun səhnəyə çıxaraq, Kazımova ilə birgə həm rəqs ediblər, həm də şəkillər çəkdiriblər.

Həmin anlar isə qonaqlar tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Braziliyadan yeni rekord

SONRAKI XƏBƏR

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"