Oğurluq etdiyi marketə getdi, bütün şokoladları aldı - FOTO

Oğurluq etdiyi marketə getdi, bütün şokoladları aldı - FOTO<span class="qirmizi"></span>

Hollivud ulduzu Dueyn Conson illər öncə oğurluq etdiyi mağazaya gedib.

Axşam.az-a istinadən xəbər verilir ki, aktyor marketdəki bütün şokoladları alıb. İşçilərlə foto çəkdirən Conson həmin anın görüntülərini instaqram hesabında paylaşıb.

O postuna "Eyni işçi hər gün oradaydı və hər zaman başını çevirirdi, məni heç vaxt incitmədi. Uzun illər bir neçə böyük şeytanı oynadım. Bunun qulağa çox axmaqca gəldiyini bilirəm, amma bir gün Havay adasına qayıdanda içəri girib sahib olduqları bütün şokoladları almalı olduğumu bilirdim. Keçmişi və etdiyimiz bəzi səfeh şeyləri dəyişdirə bilmərik. Ancaq bu vəziyyətdə kiçik bir incəlik və ya böyük bir yaxşılıq edə bilərik" sözlərini yazıb.

Mənbə: news.milli.az