Xərçəng xəstəliyinə tutulan kişi ana dilini unudub fransızca danışmağa başladı...

Xərçəng xəstəliyinə tutulan kişi ana dilini unudub fransızca danışmağa başladı...<span class="qirmizi"></span>

"Bu, dəhşətli idi...Mən öz sevgilimə baxıb demək istəyirdim ki, ağrı keçirirəm, amma yalnız fransızca düşünüb danışa bilirdim..."

"Mən ümid edirəm, eyni zamanda qorxu keçirirəm, amma iki pis şeydən az pisi seçməliyəm..."

Şotlandiyanın Qlenrotes şəhərindən xərçəng xəstəsi olan 24 yaşlı Markus Cons ağrı tutması zamanı qəflətən ana diluni unudub fransız dilində danışmağa başlayıb.

Bu barədə "Daily Mail" nəşri yazıb.

Kişi 2021-ci iin sentyabrında baş ağrılarından əzab çəkməyə başlayıb.

Həkimlər onda epilepsiya diaqnozu qoyub, lakin sonrakı müayinələr nəticəsində başın ənsə nahiyəsində şiş aşkar edilib.

Xəstənin görməsində və hafizəsində problemlər yaranıb, o, həmçinin "başında duman" hiss edib.

Ağrı tutmalarının biri zamanı Cons qəflətən ana dilini unudub. "Bu, dəhşətli idi. Mən öz sevgilimə baxıb demək istəyirdim ki, ağrı tutması keçirirəm, amma yalnız fransızca düşünüb danışa bilirdim", - o, xatırlayıb.

Bir neçə dəqiqədən sonra kişinin vəziyyəti normallaşıb və o, yenidən ingiliscə danışmağa başlayıb.

Cons bədxassəli şişin kənar edilməsi əməliyyatını keçirməlidir, lakin o, görmə qabiliyyətini itirə bilər.

"Bu, ağılsız səslənə bilər, amma mən əməliyyat zamanı ayıq olmaq və görmə ilə bağlı problem yaranacağı halda həkimə demək istərdim", - kişi danışıb.

Pasiyentin cərrahının sözlərinə görə, istənilən halda şişin 70 faizi kənar edilməlidir.

Cons qeyd edib ki, bir yaşlı oğlu Finnikin atası olmasaydı, əməliyyata qərar verməzdi.

"Mən ümid edirəm, eyni zamanda qorxu keçirirəm. Mənim bir hissəm əməliyyatın lazım olması barədə qərar verməyim üçün daha çox zamanımın olmasını istəyir, lakin balaca ailəmin sayəsində hər şey dəyişib.

"Mən möhkəm əmin olmalıyam ki, çox yaşayacağam, ona görə də bu, iki pis şeydən az pisini seçməkdir", - o, öz hisslərini bölüşüb.

Mənbə: moderator.az