Kardaşyanın keçmiş əri: "Hitler genosid törətməyib, Putinin tərəfdarıyam"

Kardaşyanın keçmiş əri:  "Hitler genosid törətməyib, Putinin tərəfdarıyam"<span class="qirmizi"></span>

Amerikalı qalmaqallı reper, pornoulduz Kim Kardaşyanın keçmiş əri Kanye Uest yenidən medianın diqqət mərkəzinə düşüb. Bu dəfə o, konspiroloq Aleks Cons şousunda söylədiyi fikirlərlə təkcə amerikalıları deyil, dünyanın müxtəlif bölgələrindən olan insanları qəzəbləndirib.
O deyib: "Hitlerdə müsbət cəhətləri görürəm. Hər kəsi sevirəm. Bu adam ilk avtobanı, istifadə etdiyim mikrofonu ərsəyə gətirdi. Hər kəsin müəyyən bir dəyəri var, xüsusən də Hitlerin. O həmçinin xristian idi. Hitleri bəyənirəm”.
Uest Hitlerin soyqırımı törətdiyinə də inanmadığını deyib:
"Hitlerin həqiqətən yaxşı geyimləri var idi və o, yaxşı memar olub. Hitler xristian idi, 6 milyon yəhudini öldürməzdi".
Həmçinin efirdə olan publisist Nik Fuentes deyib ki, “Mən olduqca Putin və Rusiya tərəfdarıyam”. Buna reaksiya verən Kardaşyanın keçmiş həyat yoldaşı “Mən də” cavabını verib.
Maraqlıdır ki, reper verilişdən bir neçə saat sonra Uest Twitter-də bir neçə foto, o cümlədən yəhudilərin məşhur rəmzi olan Davud ulduzunun şəklini yerləşdirib.
Yerli media yazır ki, İlon Mask artıq qalmaqallı reperin bu cür anormal açıqlamalarına və paylaşımlarına reaksiya verərək özünə məxsus Twitter sosial şəbəkəsində Uestin hesabını bloklayıb.
“Twiter” kompaniyasının sahibi İlon Mask bunu reperin sosial şəbəkənin siyasətini pozması ilə əlaqələndirib.

“Mən bacardığım hər şeyi etdim. Lakin Kanye Uest zorakılığa çağırışa qarşı yönəlmiş qaydalarımızı yenidən pozdu. Onun hesabı bloklanacaq”, - sahibkar elan edib.

Qeyd edək ki, antisemit fikirlər səbəbindən Kanye Uestin səhifəsi bundan əvvəl də bir dəfə bloklanmışdı.

Tural Tağıyev

 

Mənbə: azvision.az