Modeli səhnədə "tok" vurdu - VİDEO

Modeli səhnədə "tok" vurdu - VİDEO<span class="qirmizi"></span>

Meksikanın Miçoakan ştatında keçirilən "Miss Sauyo de Morelos 2022" gözəllik müsabiqəsinin iştirakçısı Andrea Viktoru elektrik cərəyanı vurub, amma o səhnəyə qayıda bilib.

Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Hadisə noyabrın 27-də baş verib. Viktor tamaşaçıların qarşısına parlaq paltarda çıxıb və düzgün qoşulmayan mikrofonu götürüb. Qızı elektrik cərəyanı vurub, model titrəyib, yalnız bir neçə saniyədən sonra mikrofonu atıb və yerə yıxılıb. Müsabiqənin təşkilatçıları modelin ayağa qalxmasına kömək edib və şounu dayandırıblar.

Bir müddət sonra Viktor tamaşaçıların coşqun alqışları altında yenidən səhnəyə qayıdıb və çıxışını davam etdirib. Qız sosial şəbəkələrdə yazıb: "Mən enerjmi yenidən yığdım və qayıtdım - sözün əsl mənasında".

Model gözəllik yarışmasında qalib olmasa da, "Miss Audience Choice" mükafatına layiq görülüb. Qız internet istifadəçilərinə dəstəyə görə təşəkkür edib və heç bir xəsarət almadığını bildirib.

İrfan Vəliyev
Milli.Az

 

Mənbə: news.milli.az