Aras 2023-də dincəlmək istəyir

Aras 2023-də dincəlmək istəyir<span class="qirmizi"></span>

Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialda rol alan Aras Bulut İynemli karyerasına fasilə vermək qərarına gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Arasın gələn il hansısa bir layihədə yer almaq istəmədiyi bildirilib.

Buna səbəb kimi isə onun "Disney +"da yayımlanacaq olan "Atatürk" serialına həddindən artıq ciddi hazırlaşması, psixoloqlardan dəstək alması və çətin iş rejimi olub.

Mənbə: news.milli.az