"Oğlum istəsə, anası çadrasını başına atıb elçi gedəcək" - FOTO

Aparıcı Vüsalə Kərimova oğlu və iş fəaliyyəti ilə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, Kərimova olay-ın suallarını cavablandırarkən bir sıra məqamlara da aydınlıq gətirib. O, deyib ki, övladı Ayxanın seçimlərinə hörmətlə yanaşır və onunla bağlı hansısa bir evlilik planı qurmur:

"Elə bir planım yoxdur. Xoşlamıram ki, övladla bağlı plan qurulsun. O, müstəqil insandır. Öz planlarını özü etməlidir, istədiyi zaman, həmişə bütün seçimlərində yanındayam. Nə zaman desə ki, filankəslə ailə qurmaq istəyir, anası başına çadrasını atıb, elçiliyə gedəcək. Mənim niyə namizədim olsun? Oğlum özü evlənəcək, kimi istəsə, onu da alacaq".

Aparıcı həm də ARB TV-də xəbərlər proqramını təqdim edəcəyi ilə bağlı yayılan məlumatlardan da söz açıb:

"O yanlış xəbər idi. Mənim xəbər aparıcısı olmağımla bağlı bir razılaşma edilməmişdi. Həmin istiqamətdə başqa bir iş görməli idim, sonra anlaşmadıq, ona görə də istəmədim. Ondan sonra başqa bir təklif gəlmədi. Hələ ki, qayıtmaq barədə düşünmürəm. Kiməsə müraciət etməmişəm, etmək niyyətim yoxdur. Kimsə təklif vermək istəyərsə, bu barədə düşünərəm".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

8 yaşlı uşaq 5 yaşlı dostunu başından güllələyib

SONRAKI XƏBƏR

Aras 2023-də dincəlmək istəyir