Qızla görüşən oğlan iki ay sonra ona şok yaşatdı

Oğlan qızdan yeganə görüşdən iki ay sonra restoranda nahar üçün pulu qaytarmasını istəyib.

Milli.Az bildirir ki, xoşagəlməz sürprizin hekayəsi "The Sun"ın diqqətini çəkib.

Almaniyanın Adel adlı sakini abunəçilərinə bir neçə həftə əvvəl ona ümidverici görünən bir oğlan ilə görüşdüyünü söyləyib. Ancaq roman davam etməyib və qız onu şəkildə unudub. İki ay sonra o, gözlənilməz bir mesaj alıb.

"Salam Adel, necəsən? Balansımı yoxladım və gördüm ki, görüş üçün 110 avro ödəmişəm. Zəhmət olmasa, məbləğin yarısını mənə qaytar", - mesajda virtual pul kisəsinin nömrəsi də yazılıb.

Qız gözlərinə inana bilməyib və bunun bir zarafat olub-olmadığını soruşub. Oğlan tamamilə ciddi olduğunu söyləyib. Adel ondan bütün qızlardan pulu qaytarmağı xahiş edib-etmədiyini soruşub. O, belə cavab verib: "Xeyr. Həqiqətən yox, çünki həmişə yalnız bir nəfər ödəməli deyil. Mən bərabərliyin tərəfdarıyam", - oğlan yazıb.

Şoka düşən Adel niyə ona yalnız iki ay sonra yazdığını soruşub. Onun həmsöhbəti bunu acınacaqlı maddi vəziyyətə görə etdiyini etiraf edib.

Qızın abunəçiləri də onun kimi şoka düşüblər. Onlardan biri "Ona de ki, səni məhkəməyə versin və bu vasitə ilə görüşə görə təzminat tələb etsin". Digəri isə bunu yazıb: "Söhbət puldan gedən kimi birdən-birə bərabərləşirik..." "Maddi baxımdan bacarmırsınızsa, niyə kimisə görüşə dəvət edirsiniz?", - üçüncü şərhçi qəzəblənib.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

DSX-nin Akademiyasında yanğının baş verməsinin səbəbi AÇIQLANDI YENİLƏNİB + VİDEO / FOTO

SONRAKI XƏBƏR

Çökmüş bitkoinin 250 min dollara yüksələcəyi proqnozlaşdırılırdı