Əkiz bacılar ayrılıqdan qorxaraq eyni kişi ilə evləniblər

Hindistanın Mumbay şəhərindən olan əkiz bacılar evləndikdən sonra ayrılmaqdan qorxublar və birlikdə eyni kişi ilə evləniblər.

Milli.Az bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Səyahət agentliyinin işçisi olan 36 yaşlı kişi bacılara bir neçə ay əvvəl baş vermiş bədbəxt hadisənin nəticələrinin öhdəsindən gəlməyə kömək edib. Bacılardan biri hindli ilə münasibət qurub və tezliklə ondan evlilik təklifi alıb.

Qadın yalnız o şərtlə evlənməyə razı olub ki, kişi onun əkizi ilə də evlənsin. Uşaqlıqdan bəri bacılar hər şeyi birlikdə ediblər, eyni kollecdə oxuyublar və hətta eyni şirkətdə çalışıblar. Toydan sonra ayrılmaq fikri onlara dözülməz görünüb.

Kişi hər iki bacı ilə evlənməyə razılaşıb. Qeyd olunub ki, bəylə gəlinin ailələri qeyri-adi birliyə etiraz etməyiblər.

Noyabrın 2-də bacılar ailə qurublar. Toyda 300-ə yaxın qonaq iştirak edib. Ertəsi gün yerli sakin polislə əlaqə saxlayıb və hindistanlıdan şikayət edib. Adam çoxarvadlılığa görə saxlanılıb, onu 7 ilə qədər həbs cəzası gözləyir.

"Əkiz bacılar da müttəhim ola bilərlər, çünki qanun ikiarvadlılığı və çoxarvadlılığı qadağan edir", - hüquqşünas Şivadjirao Reyn deyib.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Vasif Talıbovun yüksək vəzifədə olan qohumları - SİYAHI

SONRAKI XƏBƏR

“Sülh istəmirsinizsə, bir gecə qəfil lazım olanı edəcəyik” - Çavuşoğludan sərt mesaj