"Həyatımda tanıdığım ən qeyri-adi qadınlardan biri idi" - Aktyorun etirafı

"Həyatımda tanıdığım ən qeyri-adi qadınlardan biri idi" - Aktyorun etirafı<span class="qirmizi"></span>

Tanınmış aktyor Con Travolta instaqram səhifəsində mərhum aktrisa Kirsti Elli ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, aktyor Kirsti Ellini belə yad edib:

“Kirsti həyatımda tanıdığım ən qeyri-adi qadınlardan biri idi. Sən xüsusi idin. Mən səni sevirəm, Kirsti. Bilirəm ki, biz yenidən görüşəcəyik”.

Qeyd edək ki, aktrisa “İki: mən və mənim kölgəm” filmindəki rolu ilə məşhurluq qazanıb. 2000-ci illərin əvvəllərində artıq çəki ilə bağlı problemlər yaşamağa başlayan Kirstinin boyu 178 sm, bədən çəkisi 135 kq-a çatıb. Yaradıcılıq karyerası ərzində o, 70-dən çox layihədə rol alıb.

Son zamanlar xərçənglə mübarizə aparan aktrisa ötən gün 71 yaşında Floridada dünyasını dəyişib.

Mənbə: teleqraf.com