"Maska" şousunda bunu yalnız Nəvai edə bilib"

"Maska" şousunda bunu yalnız Nəvai edə bilib"<span class="qirmizi"></span>

Rusiyada yayımlanan "Maska" şousunun prodüseri Yuliya Sumaçeva televiziya tarixində ən reytinqli layihənin pərdəarxası haqda danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Y.Sumaçeva layihə iştirakçılarının tez-tez kostyumları yadigar kimi götürməyi xahiş etdiklərini bildirib. O qeyd edib ki, təşkilatçılar kostyumu iştirakçıya verməyi qadağan edib:

"Çünki hər şey muzeydə xüsusi şəraitdə saxlanılır və müntəzəm istifadə olunur. Tezliklə biz yeni il "Maska" filmini çəkirik, burada əvvəlki mövsümlərdən bir neçə personaj yer alacaq. Onlara geyimi verməyi düşünürük. İştirakçılardan yalnız bir nəfər öz kostyumunu götürə bilib - Nəvai (Nəvai Bəkirov - red.). Onu dayandırmaq mümkün olmadı. Nəvai "Coker" obrazını yaratmışdı".

Qeyd edək ki, Navai şounun üçüncü mövsümünün iştirakçısı olub.

Milli.Az

Mənbə: news.milli.az