2022-ci ilin səs-küylü toyları - FOTOLAR

2022-ci ilin səs-küylü toyları - FOTOLAR<span class="qirmizi"></span>

2022-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il şou-biznesdə bir çox qalmaqallar, boşanmalar və evliliklər baş verib.

Axşam.az 2022-ci ildə şou-biznesdə olan səs-küylü toyları təqdim edir:

Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın evində toy olub. Muğam ifaçısının qızı Fatimə Xalq artisti Natiq Şirinovun musiqiçi oğlu Ümidlə nikah masasına oturub. İlin ən səs-küylü toyu fevralın 2-də baş tutub. Hazırda cütlük valideyn olmağa hazırlaşır.

Müğənni Almaxanım Əhmədli ailə qurub. O, elə 2022-ci ildə nişanlandığı Murad adlı şəxslə nikah masasına oturub.

Xalq artisti Röya Ayxanın müğənni qardaşı İsmayıl 8 il nişanlı olduğu Türkiyə vətəndaşı olan Cansu adlı xanımla nikah masasına oturub.

Müğənni Elşad Qarayevin qızı Həcərin toyu olub. O, fevralda Amil adlı bəylə ailə qurub.

Xalq artisti Ağadadaş Ağayevin də evində bu il toy olub. Ağayevin oğlu Seymurun toyu oktyabrda gerçəkləşib. Mediaya qapalı olan məclisdə şou-biznes nümayəndələri yer alıblar.

Aktyor Natiq Fərzəliyevin qızı Ləman da bu il ailə quranlar sırasında yer alıb. Onun toyu yevlaxda baş tutub.

Şair Nazilə Səfərlinin oğlu Nurlan nikah masasına oturub. O, Nuranə adlı xanımla ailə qurub.

Müğənni Xatun Əliyevanın da evində bir neçə gün əvvəl toy olub. O, oğlu Adili evləndirib. Xatun həm də ilk dəfə oğlunun üzünü göstərib. Adil Gülnar adlı xanımla evlənib.

Xalq artisti Həmidə Ömərovanın oğlu Rəhim iyunda subaylığın daşını atıb. O, Zülfiyyə adlı xanımla ailə qurub.

İTV-nin xəbər aparıcısı Nərmin Salmanova ailə həyatı qurub. O, Arif Salahov adlı şəxslə nikah masasına oturub.

ABŞ-da yaşayan aparıcı Günel Musəvi ikinci dəfə ailə qurub. Onun Amerikada toyu olub. Günel Andi Krişnan adlı əcnəbi vətəndaşla ailə qurub.

"Best Model of Azerbaijan – 2004" qalibi İlqar Əliyevin toyu olub. O, ikinci dəfə ailə qurub. İlqar Leyla adlı xanımla nikah masasına oturub.

Əməkdar artist Zakir Əliyev qızı Aygül üçün toy edib. Aygül Türkel adlı bəylə nikah masasına oturub.

Azərbaycanlı aktrisa Təhminə Rafaellanın da bu il toyu olub. O, amerikalı kinorejissor Henri Hugeslə ailə həyatı qurub.

Xalq artisti Firuz Əliyevin musiqiçi oğlu Abbas Əliyevin də toyu 2022-ci ildə olub. Kamança ifaçısı olan Abbasın özəl gününə şou-biznes nümayəndələri də qatılıblar.

 

 

 

 

 

Mənbə: big.az