Vəkil bu dəfə Rövşanəylə dalaşdı - VİDEO

Vəkil bu dəfə Rövşanəylə dalaşdı - <span class="qirmizi">VİDEO</span>

"Ərinə xəyanət edən xanımı efirdə gözlər önündə necə ucaldım? Mən bu cür qadınları vururam, düz danışmırsınız. Rövşanə xanım kimi danışanlar demək istəyirlər ki, guya mən qadın düşməniyəm. Ailəsini satan, ərinə xəyanət edən, uşaqları atan qadınların və xəyanət edən kişilərin düşməniyəm, başqa heç kimin. Ailəsinə sadiq olan qadın və kişilərin dostuyam".

Bu sözləri ekspert qismində "Ümid ilə gəl" ictimai-sosial verilişində iştirak edən Vəkillər kolleqiyasının həqiqi üzvü, vəkil Şəfiqə Nağıyeva bildirib.

Ş.Nağıyeva ərinə xəyanət edən qadınları sərt şəkildə tənqid edib:

"Lap, tutaq ki, mən qınayıram, nifrət edirəm, amma hər halda o səhv yola düşən qadın da bir kişinin səhvindən bu yola gedir. Ərdə olan qadının hansı hissindən danışmaq olar?"

Şəfiqə Nağıyevanın sərt çıxışına aparıcı Rövşanə Ağasəfqızı səssiz qalmayıb. O, qarşı tərəfi qadınların düşməni kimi gördüyünü açıqlayaraq, vəkil ilə canlı efirdə söz savaşına çıxıb: "Söhbət belə qadından getmir. Lütfən, qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız, mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi, mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq.

Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan "Madonna" yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin içərisində 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında “imam övladı” olmasın".
Xatırladaq ki, ötən həftə "Təsir dairəsi" ictimai-sosial proqramında eskpert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva şair Anar Vəziroğlu ilə qalmaqal yaşayıb.

Onların bir-birinin ünvanına işlətdiyi nalayiq ifadələr canlı efirdə nümayiş olunaraq, cəmiyyətdə və sosial şəbəkələrdə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Mənbə: bizim.media