Rusiyada Bülbülün yaradıcılığına həsr olunmuş sərgi keçirilib

Rusiyada Bülbülün yaradıcılığına həsr olunmuş sərgi keçirilib<span class="qirmizi"></span>

Rusiyanın paytaxtı Moskvada Azərbaycan opera müğənnisi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş “Azərbaycan bülbülü” sərgisi keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, sərgidə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

“Bülbülün yaradıcılıq irsi Azərbaycan və Rusiyanı birləşdirir, iki ölkənin xalqlarını mənəvi cəhətdən yaxınlaşdırır”, - Polad Bülbüloğlu sərginin açılış mərasimində deyib.

Qeyd edək ki, sərgi Rusiya Milli Musiqi Muzeyində açılıb. Sərgidə məşhur sovet opera tenorunun həyat və yaradıcılığına dair 200-dən çox material təqdim olunub.

Mənbə: report.az