Urqant: Əsl adım Ağdamdır

Urqant: Əsl adım Ağdamdır<span class="qirmizi"></span>

Məşhur aparıcı İvan Urqant açıqlama verərək, əvvəllər başqa adı olduğunu deyib.

Kult.az xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.

Məlumata görə, Urqant Azərbaycanda “Abrau-Durso” şərab biznesinə həsr olunmuş tədbirdə aparıcı kimi çıxış edib:

“Atam “Abrau-Durso”nu sevir, amma dörd yaşıma qədər adım Ağdam olub. Atam məni yaranma səbəbim olan şəxsə görə belə adlandırıb”.

Fanatlar aparıcının zarafat etdiyini güman ediblər. Lakin o, hələlik açıqlamasına münasibət bildirməyib.

Mənbə: axar.az