Barış Manço haqqında təəccübləndirən həqiqət - İllər sonra oğlu açıqladı

Barış Manço haqqında təəccübləndirən həqiqət - İllər sonra oğlu açıqladı<span class="qirmizi"></span>

Türkiyənin məşhur sənətçisi Barış Mançonun oğlu Doğuxan Manço ilk dəfə atası ilə bağlı maraqlı bir faktı açıqlayıb.

Bakupost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Doğuxan Mançonun sənətkarın sənədlərdə 4 ad ilə qeydiyyata düşdüyünü açıqlaması hər kəsi təəccübləndirib:

“II Dünya Müharibəsi illərində əmim dünyaya gəlir. Gündəmə uyğun olaraq uşağa Savaş adı qoyurlar. İllər sonra insanlar artıq sülh həsrətilə müharibənin bitməsini gözləyəndə - 1943-cü ildə atam dünyaya gəlir və qərar verirlər ki, adı Barış olsun. Amma atamın əsl adı Mehmetdir. Bu ad atamın babası Mehmet Abdi Mançodan gəlir. Bibim İnci Mançodan eşitdiyimə görə, 1942-ci ildə əmisi oğlu Yusif Kuzey dünyasını dəyişir. Onun xatirəsinə hörmət olaraq atamın adına Yusif adı da əlavə edilir. Bundan başqa atam 5.5 kq doğulduğu üçün xəstəxanada tibb bacıları, “bu uşağın adı Tosun olsun” deyiblər. Beləliklə də atamın adı qeydlərə Tosun Yusif Mehmet Barış Manço olaraq düşüb”.

Mənbə: www.bakupost.az