Aktrisa Rihannanı təqlid edib? - VİDEO

Aktrisa Rihannanı təqlid edib? - VİDEO<span class="qirmizi"></span>

"Ən Yaxşı Qadın Oyunçu Mükafatı"nı aldığı "Altın Kelebek" Mükafat Mərasimindəki çıxışı ilə sosial medianın dilinə çevrilən Pınar Dəniz yenidən diqqət çəkib.

"Unikal" xəbər verir ki, aktrisanın mərasimdəki "Bir filmdə uşaqlar pula görə qətlə yetirildi və bu mənə elə təsir etdi ki, səhərə qədər ağladım.Metroda özümü saxlaya bilmədim və dostuma dedim. Mən bu dünyanı xilas etməliyəm" sözləri dünya şöhrətli müğənni Rihannanın 5 il əvvəl mərasimdə etdiyi çıxışına bənzədilib.

Sosial mediada reaksiyalara səbəb olan Dənizin Rihannanı nümunə götürərək çıxış etdiyi iddia edilib.

Müğənni Rihanna illər öncə çıxışında, "Yadımdadır ki, 5-6 yaşım olanda reklamlara baxırdım və dünyanın başqa yerlərində başqa uşaqların əziyyət çəkməsinə baxırdım. Və bilirsiniz, bu reklamlarda " 25 sent verə bilərsən, bir uşağın həyatını xilas edə bilərsən.' Mən öz-özümə düşünürdüm, uşaqları xilas etmək üçün nə qədər 25 sent saxlaya biləcəyimi düşünürdüm və öz-özümə dedim: “Böyüyəndə, zəngin olanda, bütün uşaqları xilas edəcəm"", - deyə ifadə etmişdi.

 

Mənbə: www.unikal.org