Dünya ilə əlaqəsi olmayan qəbiləni görməyə getdi – Baş verənlər hər kəsi heyrətləndirdi (VİDEO)

Dünya ilə əlaqəsi olmayan qəbiləni görməyə getdi –  Baş verənlər hər kəsi heyrətləndirdi (VİDEO)<span class="qirmizi"></span>

Avstraliyada Youtube-da videolar yayımlayan Brodi Moss adlı şəxs Kvakea adasında dünyaya bağlı olmayan qəbiləyə baş çəkib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəbilə üzvlərinin ona əks-hücum keçirməsini gözləyən Brodie Moss yerli sakinlərin ona böyük maraq göstərməsindən məəttəl qalıb.

Qəbilə üzvləri Brodi və onun operatorunu böyük coşqu ilə qarşılayıblar. Ada sakinləri sevincək rəqs edərək onların əllərindən çəkə-çəkə tayfa başçısının yanına aparıblar.

Burada qəbilə sakinlərindən fərqli olaraq Brett adlı ağdərili adamın yaşaması da onları heyrətləndirib.

Bildirilib ki, həmin şəxsin babası müharibədən sonra yerli sakinlərdən icazə aldıqdan sonra o, adada yaşamağa başlayıb.

 

 

Mənbə: manset.az