Şahzadə Heri və Meqan Markldan krallığa qarşı ağır ittihamlar

Şahzadə Heri və həyat yoldaşı Meqan Marklla bağlı Netflix tərəfindən çəkilən sənədli serialın üçüncü bölümündə cütlük kral ailəsinə qarşı qalmaqallı ittihamlar səsləndirib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər kəsi şoka salan bu ittihamlar Britaniya mediası tərəfindən “kral ailəsinə qarşı yeni müharibə” kimi qiymətləndirilib.

Bu axşam yayımlanacaq üçüncü epizodun treylerində şahzadə Heri kral ailəsinin Britaniya adasındakı ən böyük probleminin irqçilik olduğunu dilə gətirib. Heri, həmçinin, kral ailəsini sənədli serial üçün onlarla əməkdaşlıq etmədiklərinə görə tənqid edib.

Meqan Marklın sözlərinə görə, o, kral ailəsi ilə ilk dəfə tanış olarkən şahzadə Uilyam və Keyt Midlton da daxil olmaqla, bütün ailə üzvləri dəri rənginə görə ona qəribə davranıblar.

Heri ilk dəfə valideynlərinə Meqanla evlənəcəyini deyəndə ailəsinin bu evliliyə ciddi şəkildə qarşı olduğunu dilə gətirmişdi. Heri Meqanın ürəyini bildiyi üçün ondan əl çəkmədiyini və ailəsinin bunu qəbul etməkdən başqa çarəsinin olmadığını söyləyib.

Cütlük sənədli filmdə də münasibətlərindən danışıb. Münasibətlərinin ilk dövründə bağlı qapılar arxasında öpüşərkən çəkilmiş fotolarını və həmçinin, dostları ilə olan maraqlı Halloven fotolarını paylaşıb. Üçüncü bölüm bu axşam Netflix-də yayımlanacaq.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Başı kəsilmiş qadının əri 140 milyon dollar istəyir

SONRAKI XƏBƏR

“Real Madrid” 16 yaşlı braziliyalı üçün 72 milyon avro ödəyəcək