Tovuzda yerləşən adı olub, özü olmayan mədəniyyət ocağı - VİDEO

Bir vaxtlar qərb bölgəsinin ən böyük mədəniyyət ocağı olmuş Tovuzun Düz Qırıqlı kənd mədəniyyət evi yararsız vəziyyətdədir.

Adı olub, özü olmayan, mədəni ab-havadan əsər-əlamət qalmayan tikili 1958-ci ildə istifadəyə verilib. Lakin illərlə təmir olunmayıb.

Hazırda “Folklor Evi” adlanan mərkəzin direktoru Raya Musayevanın sözlərinə görə, mədəniyyət ocağı baxımsızlıq ucbatından gündən-günə məhvə doğru gedir.

Binanın aqibəti ilə bağlı Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov bildirib ki, əsaslı təmirə ehtiyacı olan mədəniyyət ocaqları haqqında məlumatlar nazirliyə göndərilir. Nazirlik də növbəli şəkildə onları təmir edir. Sözügedən binanın da yaxın vaxtlarda təmirinə başlanılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Aİ 169 şirkətə qarşı sanksiya tətbiq etməyə hazırlaşır

SONRAKI XƏBƏR

Şavkat Mirziyoyevin Qırğızıstana səfəri təxirə salındı