Efirdə açılan sirr: Müğənni 8 milyona restoran tikdiribmiş - VİDEO

Efirdə açılan sirr: Müğənni 8 milyona restoran tikdiribmiş - VİDEO

"Günaydın Azərbaycan" verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb.

Aşıq Telli Borçalı azərbaycanlı müğənni Elşad Qarayevin yeni tikdirdiyi restoranı üçün 8 milyon manat xərclədiyini deyib.

Sözügedən restoranın paytaxtın mərkəzi yerlərindən birində olduğu vurğulanıb.

Bu informasiyanı Telli Borçalıya Qarayevin yaxın dostlarından biri deyib. Bundan sonra Elşad Qarayev verilişə canlı bağlanıb.

O, Telli Borçalıdan bu məlumatı ona hansı dostunun dediyini soruşub.

 

Mənbə: yenisabah.az