Səidə Sultan: "Aygün Kazımova toyuma gəlmədiyi üçün ondan küsdüm" - VİDEO

Səidə Sultan: "Aygün Kazımova toyuma gəlmədiyi üçün ondan küsdüm" -

Müğənni Səidə Sultan Xalq artisti Aygün Kazımovadan incik düşdüyünü söyləyib.

Sənətçi bu haqda qonaq olduğu "Dəyişən cavab" verilişində deyib.
Səidə bildirib ki, Aygünü toyuna dəvət etsə də, Kazımova gəlməyib:

"Çox insanlar var idi ki, onların yolunu gözlədim, amma gəlmədilər. Demirəm ki, onlardan inciyirəm, küsürəm. Ayıb olar... Gəlməyiblər, canları sağ olsun. Amma insan umduğu yerdən küsür. 
Ən çox toyuma Aygün Kazımovanın gəlməsini istəyirdim. Çünki onu çox istəyirəm. Aygün Kazımova toyuma gəlmədiyinə görə, ondan küsdüm. Neyləyim? Küsdüm...".
 


Rəşad Əliyev, Bizim.Media
 

Mənbə: bizim.media