Əli Mirəliyevdən səhhəti ilə bağlı AÇIQLAMA

Əli Mirəliyevdən səhhəti ilə bağlı AÇIQLAMA

Səhhəti ilə bağlı problem yaşayan Əli Mirəliyev açıqlama verib.

Yenisabah.az xəbər verir ki, bir neçə gün əvvəl vəziyyəti pisləşən və xəstəxanaya yerləşdirilən müğənni Əli Mirəliyev Musavat.com-a bildirib ki, hazırda özünü yaxşı hiss edir.

“Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, çox sağ olun. Srağagün xəstəxanadan çıxmışam. Mədəmlə bağırsaq arasında tıxanma düşdü. Düşməsəydi, əməliyyat olunacaqdım. Artıq əməliyyata ehtiyac yoxdur”, - müğənni qeyd edib. 

 

Mənbə: yenisabah.az