Cennifer Lopezin Türkiyə konsertindən aldığı məbləğ açıqlandı

Cennifer Lopezin Türkiyə konsertindən aldığı məbləğ açıqlandı

Amerikalı məşhur pop ifaçı Cennifer Lopezin Türkiyədəki konsertindən aldığı pulun miqdarı bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çingiz Semirçioğlu məlumat paylaşıb.

Semirçioğlu Lopezin konsertin 1 milyon dollar aldığını bildirib:

“Əslində qiymət 1,5 milyon olacaqdı. Moskva konserti ilə ard-arda düşdüyündən qiymət 1 milyona endi. 2020-ci ildə daha tələbatlı müğənninin gətitilməsi gözlənilir. Bu kimi proyektlər Türkiyə turizminin gücünü göstərir”.

Mənbə: teleqraf.com