Şantajçıları dayandırmaq üçün elə bir şey etdi ki,... - MARAQLI

Şantajçıları dayandırmaq üçün elə bir şey etdi ki,... - MARAQLI

ABŞ-lı komediyaçı Vaytni Kaminqs bəzi izləyicilərinin ondan şantajla pul almağa çalışmasından sonra onlara meydan oxumaq üçün döş ucunun göründüyü bir fotosunu sosial mediada paylaşıb.

Moderator.az xəbər verir ki, gənc qadın ötən il döş ucunun göründüyü bir fotosunu yanlışlıqla "İnstagram" hesabında paylaşdığını, ancaq qısa müddət sonra sildiyini söyləyib.

Sözügedən fotodan sonra bir sıra şəxs həmin fotonu komediyaçıya göndərərək onu şantaj edib. Bütün bunlardan sonra gənc qadın "Əgər biriləri mənim döş ucumdan pul qazanacaqsa o da mən olacağam. Hamısı bu qədər, axmaqlar" deyərək heç kimdən qorxmadığını bildirib.

Kamran

Mənbə: moderator.az