"Navalnı" sənədli filmi "Oskar" mükafatına namizəd irəli sürülüb, Rusiyada qadağan edilib - VİDEO

"Navalnı" sənədli filmi "Oskar" mükafatına namizəd irəli sürülüb, Rusiyada qadağan edilib - VİDEO<span class="qirmizi"></span>

"Oskar" mükafatının təqdimetmə mərasimi 2023-cü il martın 12-də Los Ancelesin "Dolbi" teatrında keçiriləcək..."

"Film rusiyalı müxalifətçinin zəhərləndirilməsi, müalicə və reabilitasiyası və həbsindən bəhs edir..."

Kanada rejissoru Daniel Roerin çəkdiyi "Navalnı" sənədli filmi "Oskar" kino mükafatının "Ən yaxşı sənədli tammitrajlı filmi" qısa siyahısına daxil edilib.

Moderator.az xəbər verir ki, bu barədə "BBC" nəşri məlumat yayıb.

Bu nominasiyada "Oskar" uğrunda həmçinin "Nəfəs alan hər şey" (rejissor Şaunak Sen), "Bütün gözəllik və qan tökülməsi" (Lora Poytras), ukraynalı uşaqların sığınacağına həsr edilmiş "Yonqardan düzəldilən ev" (Saymon Lerenq Uilmont) filmləri də mübarizə aparacaq.

 

"Oskar" mükafatının təqdimetmə mərasimi 2023-cü il martın 12-nə təyin edilib. Mərasim Los-Ancelesin "Dolbi" teatrında keçiriləcək.

 

 

"Navalnı" filminin ptemyerası 2022-ci ilin yanvarında baş tutub.

Bu film rsiyalı müxalifətçinin 2020-ci ilin avqustunda zəhərləmdirilməsi, o cümlədən Navalnının Almaniyada müalicəsi və reabilitasiyası ilə bağlı hadisələrdən, onun baş verənləri araşdırmaq cəhdindən, habelə Moskvaya döndükdən sonra siyasətçinin həbsindən bəhs edir.

Yanvarın sonunda sənədli film Amerikanın "Sundance" müstəqil kinofestivalında tamaşaçıların fikrincə ən yaxşı film mükafatını alıb.

Sonradan "Navalnı" filmi Amerikanın "CNN", Britaniyanın "BBC Two" və "HBO Max" striminq-servisdə göstərilib. Rusiyada film qadağan edilib.

"SOTA" nəşrinin jurnalistləri "Yandeks"ə məxsus olan "Kinoaxtarış"ın "Oskar" nominasiyası arasında "ən yaxşı sənədli film" kateqoriyasının göstərilməməsinə diqqət çəkib. Nəşrin fikrincə, bu, oraya "Navalnı" filmi daxil olduğuna görə qəsdən edilib.

Mənbə: moderator.az