Məşhur reperin 3500 dollarlıq suyu

Məşhur reperin 3500 dollarlıq suyu<span class="qirmizi"></span>

“Çakal” ləqəbi ilə tanınan türkiyəli məşhur reper Emirhan Çakal dostları ilə Mayamidəki restoranlardan birinə gedib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur reper 3 min 500 dollar dəyərində su sifariş edib.

Şəhərin ən dəbdəbəli restoranlarından biri olan “Wet Miami”də bahalı içki menyusu, həmçinin xüsusi su kolleksiyası var.

Qeyd edək ki, 3 min 500 dollar dəyərində yapon brendi olan bu su “Swarovski” daşları ilə bəzədilmiş məhdud sayda butulkalarda təqdim edilir.

Mənbə: lent.az