“Türkologiyanın aktual problemləri” mövzusunda tədbir keçirilib - FOTO

“Türkologiyanın aktual problemləri” mövzusunda tədbir keçirilib - FOTO<span class="qirmizi"></span>

Yanvarın 27-də Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan dosent İradə Musayeva bildirib ki, türkoloji düşüncənin tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə böyük dəyər verir. Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və inteqrasiyaya, ümumtürk dilləri arasında uyğunlaşmaya və özünəqayıdışa güclü diqqət yetirilir.

İclasda çıxış edən Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli ölkədə türkologiya ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, türk xalqlarının birliyini özündə ehtiva edən türkologiya elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tədbir bu sahədə olan ən son yeniliklərin ortaya qoyulmasına və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə müsbət təsir edəcək.

Tədbirdə professor Tofiq Məlikli “Türkologiyanın aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Sonra professorlar İsmayıl Kazımov, Mayıl Əsgərov və Zemfira Əliyeva çıxış edərək türkologiyanın hərtərəfli inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Mənbə: tehsil.biz