Hollivudun ən böyük təcavüz skandalında yeni fakt – Daha bir aktrisa danışdı

Hollivudun ən böyük təcavüz skandalında yeni fakt – Daha bir aktrisa danışdı<span class="qirmizi"></span>

 

Daha bir aktrisa amerikalı kinoprodüser Harvi Vaynşteyni onu zorlamada ittiham edib.

Teleqraf.com “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu iddia ilə çıxış edən keçmiş aktrisa Lisa Pekarın sözlərinə görə, 2001-ci ildə rejissor onu mehmanxana otağında oral sekslə məşğul olmağa məcbur edib.

Vaynşteyn aktrisanı baş verənləri danışmamağa çağırıb.

Hadisədən sonra Pekara 2003-cü ildə çəkilmiş “Yuxarıdan baxış daha yaxşıdır” filmində çəkilmək təklif olunub. Filmdə aktrisa yalnız bir cümlə səsləndirib, baxmayaraq ki, ilkin olaraq, onun filmdə yeri daha çox imiş.

Pekar qeyd edib ki, bu hadisə onun aktrisa kimi karyerasına son qoyub. O, prodüser və ssenarist kimi fəaliyyətini davam etdirib.

Harvi Vaynşteynin nümayəndələri keçmiş aktrisanın ittihamlarını rədd ediblər, bildiriblər ki, kinomaqnat qadının yalanını sübut etməyə hazırdır.

Qeyd edək ki, Vaynşteynə qarşı ittihamlar ilk dəfə 2017-ci ildə “The New York Times”ın səhifələrindən eşidilib. Nəşrdə son 30 il ərzində prodüserin tabeliyində olanlar və ondan əziyyət çəkən bir çox gənc aktrisalar haqqında məqalə yayımlanıb.

Daha sonra Ancelina Coli, Qvinet Peltrou və Salma Hayek də daxil olmaqla 80-dən çox qadın prodüserlə olan məcburi münasibətlərdən söz açıblar.

Mənbə: teleqraf.com