Televiziya kanalı müğənni Xatuna niyə “zapret” qoydu? - AÇIQLAMA

Televiziya kanalı müğənni Xatuna niyə “zapret” qoydu? - <span class="qirmizi">AÇIQLAMA</span>

“Xəbərim olmadan mənə o kanalda “zapret” qoyublar”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Xatun deyib.

Müğənni bir müddətdir “Xəzər” Televiziyasında “zapret”də olduğunu, amma bunun səbəbini bilmədiyini qeyd edib:

“Xəbərim yox idi, bu yaxınlarda bilmişəm. Bir sənət dostum mənə deyəndə xəbər tutdum. Həmin adam təklif edib ki, Xatun da mənimlə verilişə çıxsın, deyiblər ki, yox, Xautn “zapret”dədir. Vallah səbəbini heç özüm də bilmirəm. Allah canlarını sağ eləsin. Amma yaxşı olardı ki, bunun səbəbini özümə də desinlər”.

Cəvahir

Mənbə: yenicag.az