Məşhur milyonçu 18 yaşındakı görünüşünü bərpa edir - İldə 2 milyona…

Məşhur milyonçu 18 yaşındakı görünüşünü bərpa edir - İldə 2 milyona…<span class="qirmizi"></span>

ABŞ-ın 45 yaşlı milyonçusu Brayan Conson 18 yaşındakı görünüşünə qayıtmaq üçün hər il 2 milyon dollar xərcləyir.

Bakupost.az bildirir ki, həkimlərinin dediyinə görə iki il ərzində onun bioloji yaşını beş il cavanlaşdırıblar. İndi o, 37 yaşındakı ürək tutumuna, 28 yaşındakı dərisinə və 18 yaşlı gəncin ağciyər tutumuna malikdir.

30 yaşından milyonçu olan Brayan iş həyatının stresindən depressiyaya düşüb. Hətta intihara cəhd edib.

Nəticədə bədəni, üzü vaxtından tez qocalır.

Conson bu yolda bir neçə biotəşəbbüs irəli sürüb. Ən son 2 il əvvəl ən iddialı layihəsini təqdim edib. O, bədənini yenidən dizayn etmək qərarına gəlib.

Onun məqsədi beynini, qaraciyərini, böyrəklərini, dişlərini, dərisini, cinsiyyət orqanlarını və saçlarını 18 yaşındakı bioloji formaya çatdırmaqdır.

Johnson hər gün cəmi 1977 kalori qəbul edir. Səhər rejiminin təfərrüatlarından bəhs edən 40 dəqiqəlik videosunda "nə yemək istədiyi barədə ağlı ilə deyil, bədəni ilə məshəhətləşdiyini bildirib”.

Əfsanə Rəcəb

BakuPost

Mənbə: www.bakupost.az