“Qızıl qartal 2023” mükafatının qaliblərinin adı açıqlanıb

“Qızıl qartal 2023” mükafatının qaliblərinin adı açıqlanıb<span class="qirmizi"></span>

 

Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası ən yaxşı filmlərin adını açıqlayıb.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, Moskvada, “Mosfilm” kinostudiyasının birinci pavilyonunda Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının “Qızıl qartal 2023” mükafatlandırma mərasimi keçirilib. Əsas mükafatın qalibi Anatoli Karpov və qrosmeyster Viktor Korçnoy arasındakı əfsanəvi rəqabətdən bəhs edən “Dünya çempionu” filmi olub. Filmin yaradıcısı Aleksey Sidorov “Ən yaxşı rejissor” və baş rol ifaçısı İvan Yankovski isə “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafata layiq görülüblər.

“Ən yaxşı aktrisa” nominasiyasında mükafatı isə “Sağlam adam” adlı qısametrajlı filmdə çəkilən İrina Starşenbaum alıb.

“Ən yaxşı serial” nominasiyasında “Qızıl qartal 2023” mükafatı “Alibi” adlı layihəyə verilib, onlayn platformalarda ən yaxşı serial kimi isə “Rəssam” serialı seçilib. “Ən yaxşı animasiya filmi” nominasiyasında liderliyi “Finnik” əldə edib.

“Parma ürəyi” filmi üç nominasiyada – “Ən yaxşı quruluşçu rəssam”, “Ən yaxşı səs rejissoru” və "Ən yaxşı kostyumlar" üzrə qalib olub.

Vladimir Naumov Rusiya kinosunun inkişafındakı müstəsna xidmətlərinə görə (ölümündən sonra) mükafatla təltif edilib.

Qeyd edək ki, “Qızıl qartal” mükafatı 2002-ci ilin fevralında Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən təsis edilib.

 

Mənbə: azertag.az