Nadir: "Gözüm görə-görə xərçəngdən bacımın dərisi çürüyürdü" - VİDEO

Nadir: "Gözüm görə-görə xərçəngdən bacımın dərisi çürüyürdü" - VİDEO<span class="qirmizi"></span>

 

“Təsəvvür et ki, sənin gözün görə-görə bacının dərisi çürüyür".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, xərçəng xəstəliyi mərhum bacısı Sərfinaz Müqbilovanın bədənini çürüdürmüş:

"Canlı insan sənin qarşında çürüyür. Əti qaralır, yaralar açılmağa başlayır, qan açılanda onun zarıltısı, ağrısı…”

Qeyd edək ki, Nadirin bacısı ötən ilin oktyabr ayında 58 yaşında dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media

 

Mənbə: bizim.media