Fermada tapılan əsər hərracda 3,1 milyon dollara satılıb

Fermada tapılan əsər hərracda 3,1 milyon dollara satılıb<span class="qirmizi"></span>

Hollandiyalı rəssam Entoni Van Deykin (1599-1641) “Mələklə Müqəddəs Jerom” adlı əsəri hərracda 3,1 milyon dollara satılıb. .

Qeyd edək ki, rəsm 2002-ci ildə Nyu York yaxınlığındakı fermada tapılan eskiz daha sonra kolleksiyaçı Albert Roberts tərəfindən 600 dollara alınıb. O, əsərin Hollandiya rəssamlığının qızıl dövrünə (XVII əsr) aid olduğunu irəli sürərək şəkli ekspertiza üçün verib.

Sonradan sənət tarixçisi Susan Barnes, fermada tapılan araşdırmanın Van Deyk tərəfindən təəccüblü dərəcədə yaxşı qorunmuş bir əsər olduğu qənaətinə gəlib. Onun sözlərinə görə, hazırda Rotterdam Muzeyində saxlanılan "Mələklə Müqəddəs Jerom" tablosunun yağlı eskizini rəssam karyerasının əvvəlində çəkib. Bu, Van Deykin canlı modellərdən çəkdiyi iki əsas araşdırmadan biridir.

Qeyd edək ki, rəsmi alan kolleksiyaçı 2021-ci ildə dünyasını dəyişib. Rəsm Sothebysdə hərraca çıxarılıb. Nəticədə o, 3,1 milyon dollara satılıb.

Hərrac evi bildirib ki, gəlirin bir hissəsi rəssamlara və digər xeyriyyə təşkilatlarına dəstək verən Albert B.Roberts Fonduna veriləcək.

Ağasəf Babayev

Mənbə: sia.az