Əmrahın oğlu nişanında "Yaşa, Azərbaycan" mahnısına OYNADI - VİDEO

Türkiyənin məşhur müğənnisi Emrahın oğlu Tayfun Erdoğan nişanlanıb.

Müğənninin illərdir küsülü olduğu oğlu Tayfun nişan mərasimində "ata yoxdur, ata kimi adamlar var burada", - deyə, atası haqqında söyləyib.

Bundan əlavə, Eda adlı xanımla nişanlanan Tayfun xoş günündə "Yaşa, Azərbaycan" mahnısına oynadığı görüntülər sosial mediada yayılıb.

Xatırladaq ki, 1991-ci ildə doğulan Tayfun Erdoğanın atasının Emrah olduğu DNA testi nəticəsində bəlli olmuşdu.

Qeyd edək ki, Emrah mirasında oğlu Tayfunun heç bir haqqı olmadığına dair vəsiyyətnaməsinə imza atıb və bu, ata-oğul arasında münaqişəyə səbəb olub.

 

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Tanınmış cütlük evliliyində nələr yaşayır? - "Hərdən əsəbiləşirəm..."

SONRAKI XƏBƏR

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda qızıl medal qazanıblar