Məşhur aktyorun 13 milyonluq DAVASI

Film şirkətinin Erkan Petekkayaya milyonlarla borcu var.

Məşhur aktyor Erkan Petekkayanın 2010-cu ildə “Endemol” Media Şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası hələ də davam edir.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həmin şirkətin çəkdiyi “Paramparça” serialındakı roluna görə ala bilmədiyi 13 milyon lirə qonorarı almağa çalışan aktyor “alnımın təri ilə qazandığım, haqqım olan pulu ala bilmirəm. Amma geri çəkilməyəcəm” deyib.

Aktyorun vəkili Bülent Höke bildirib ki, şirkətin aktyora 13 milyon lirə borcu var və dünən keçirilmiş növbəti məhkəmə iclası da nəticəsis qalıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Güney azərbaycanlı məhbus hüquq müdafiəçisi Nobel Sülh mükafatına namizəddir

SONRAKI XƏBƏR

Dünya bazarında neft qiymətləri necə dəyişib?