Filipp Kirkorov məhkəməyə verildi

Filipp Kirkorov məhkəməyə verildi<span class="qirmizi"></span>

Rusiyalı pravoslav fəal Mixail Feodoridi müğənni Filipp Kirkorovu məhkəməyə verib.

BiG.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi portalında dərc olunub.

"TASS" agentliyi bildirib ki, iddiaya səbəb müğənninin klipində xaçın yer alması olub.

Teodoridi müqəddəs simvolun səhnə obyekti kimi istifadə edildiyi klipdə dini hissləri təhqir etdiyinə görə mənəvi zərərin ödənilməsini tələb edib.

Qeyd edək ki, F.Kirkorov daha əvvəl Kreml sarayında baş tutan konsertindən sonra kilsəyə hörmətsizlikdə ittiham olunub.
Belə ki, müğənninin mərhum anasına həsr olunmuş "Məryəm Maqdalena" mahnısının ifası zamanı səhnədə böyrü üstə qoyulmuş böyük ağ xaç peyda gətirilib. Tamaşa zamanı sənətçi ora dırmaşaraq rəqs edib.

Nuranə

 

 

 

 

 

Mənbə: big.az