Nüsretin restoranı boş qaldı – MENUNUN ŞOK QİYMƏTLƏRİ

Nüsretin restoranı boş qaldı – MENUNUN ŞOK QİYMƏTLƏRİ<span class="qirmizi"></span>

Dünyanın bir çox yerində restoranları olan Nüsretin Nyu-York filialına gedən “TikTok” istifadəçisi məkanın boş olduğunu görüb.

AZXEBER.COM xəbər verir ki, Nüsretin baha qiymətlərə görə işinin dayandığını iddia edən fenomen, “Gözüm məni aldadır? Bu qiymətlər real ola bilməz. Menyudakı ətlərin qiymətləri 100-1190 dollar arasında dəyişir” deyib.

Filialının boş olduğunu görən Simon Metin adlı fenomen həmin anları sosial media hesabında paylaşıb.

Videonun altında bəzi istifadəçilər “İnəklər qızılla bəslənir? Qiymətlər niyə belə bahadır?”, kimi şərhlər yazıblar.

Həmin videonu təqdim edirik:

 

Mənbə: minval.info