Rafet El Romanın keçmiş həyat yoldaşından ərləri haqqında ETİRAF

Rafet El Romanın keçmiş həyat yoldaşından ərləri haqqında  ETİRAF<span class="qirmizi"></span>

Türkiyəli məşhur müğənni Rafet El Romanın keçmiş həyat yoldaşı şəxsi həyatı haqqında maraqlı etiraflar edib.

Metbuat.az xəbər verir ki, 1996-cı ilə Türkiyə gözəli seçilən Tuğba Altıntop 9 dəfə evlənməsi haqqında danışıb. O,qonaq olduğu verilişdə "Ərlərimin sayı 7-ni keçib. 9 dəfə evlənmişəm"- deyə həyatı haqqında danışıb. O bildirib ki, onlardan cəmi 1-i rəsmi nikah bağladığı əri olub. Qalan 8-i kəbinli əri olub.

"Rafetdən başqa ərlərimi tanımırsız. Allah qismət eləsə ağlımdakı insanla rəsmi və dini nikah olmaq şərtilə evlənmək istəyərəm", - deyə keçmiş model bildirib.

 

 

Mənbə: metbuat.az