Qarabağ hadisələrindən bəhs edən yeni TÜRK SERİALI

Qarabağ hadisələrindən bəhs edən yeni <span class="qirmizi">TÜRK SERİALI</span>

Türkiyə istehsalı olan “Doqquz oğuz” serialı elə ilk bölümüylə izləyiciləri ekran qarşısına kilidləməyi bacardı.

Film Böyük Turan ideyasını əsas götürərək, dünyanın hər yerində yaşayan türklərin ayağa qalxması, birləşməsi ideyasını ehtiva edir. Serialın qəhrəmanları “Türk Dünyası Acil Müdahale Timi” adı altında birləşmiş 8 əsgərdir. Bəs nə üçün 9 oğuz deyilir?

Doqquz oğuz əslində qədim türk dastanlarında əksini tapmış doqquz boydan gələn oğuzları tamaşaçıya xatırladır. Hadisələr əsasən Qarabağ, Naxçıvan və Zəngəzur dəhlizində cərəyan edəcək.

Serialda Kubilay Aka, Yasemin Kay Allen, Deniz Işın, Dağhan Külegeç kimi tanınmış aktyorlar çəkiliblər.

Mənbə: lent.az