Həyat yoldaşı Vaqif Səmədoğludan danışdı: “Deyirdi, Azərbaycan poeziyasında yeganə adamam ki...” - VİDEO

Həyat yoldaşı Vaqif Səmədoğludan danışdı: “Deyirdi, Azərbaycan poeziyasında yeganə adamam ki...” - VİDEO<span class="qirmizi"></span>

 

Baku TV-nin “Retro Baku” verilişinin növbəti buraxılışı Xalq şairi Vaqif Səmədoğluya həsr edilib.

Görkəmli şair Səməd Vurğunun oğlu, Vəkilovlar ailəsinin sonbeşiyi Vaqif Səmədoğlu fərqli yaradıcılığı ilə sevilirdi. Xüsusi yumor hissinə sahib idi, həm də peşəkar musiqiçi idi.

Poeziya, teatr və dramaturgiya sahəsində ciddi fəaliyyət göstərən şairin ailəsi və dostları onun haqqında xatirələrini bölüşüblər.

Şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova V.Səmədoğlunun ona yazdığı şeirdən danışıb.

“Deyirdi, mən Azərbaycan poeziyasında yeganə adamam ki həyat yoldaşıma şeir yazmışam”, - deyə Nüşabə xanım qeyd edib.

Daha ətraflı süjetdə:

 

Mənbə: www.oxu.az