Mahsun Bakıda qala gecəsinə qatılacaq

Mahsun Bakıda qala gecəsinə qatılacaq<span class="qirmizi"></span>

Türkiyənin məşhur sənətçisi Mahsun Kırmızgül "Park Cinema"da Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə baş tutan “Prestij Meselesi” filmin qalasında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, "Prestij Meselesi" filmində Mahsun Kırmızıgül, Özcan Dəniz və Haluk Leventin gənclik illəri əks olunub.

Film 1992-1993-cü illəri əhatə edən əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun “Prestijmüzik” şirkətini qurduğu dövrdən bəhs edir.

Ekran əsərində Mahsun Kırmızıgülün oğlu Mahmud Kırmızıgül də yer alıb.

Qeyd edək ki, filmdə Eser Yenenler, Aslıhan Güner, Biran Damla Yılmaz, Şebnem Bozoklu, Melisa Döngel, Ali Sürmeli, Erkan Petekkaya və Nursel Köse kimi məşhurlar da yer alıb.

Mənbə: teleqraf.com