Hollivud ulduzu Silvestr Stallone "The Family Stallone" adlı serialda rol alacaq.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, serialda aktyorun qızlarının da çəkiləcəyi bildirilib.
8 bölümdən ibarət olan serialın ssenarisi kişilər, miflər və müxtəlif əfsanələr barədə olacaq.
Qeyd edək ki, aktyorun ən kiçik qızı Skarlet hazırda atası ilə birlikdə "The Tulsa King" filmində çəkilir.