Şahzadə Harrinin ilk qadını məlum oldu - FOTO

Şahzadə Harrinin ilk qadını məlum oldu - <span class="qirmizi">FOTO</span>

Şahzadə Harrinin xatirələrini oxuyan kral ailəsinin pərəstişkarları onun həyatında ilk dəfə yaxınlıq etdiyi sirli qadının kim olduğu ilə maraqlanmağa başlayıb. Çox keçmədən qadının özü jurnalistlərlə əlaqə saxlayıb.

Kitabda Harri özündən böyük olduğu ortaya çıxan yetkin bir gözəlin onu tovladığını yazıb, lakin qadının adını çəkməyib. O, həyatında ilk qadının atlara pərəstiş etdiyini və onunla cavan ayğır kimi davrandığını xatırladıb.

Bu yaxınlarda Saşa Uolpol gənc Harri ilə intim münasibətdə olan ilk qadın olduğunu bəyan edib. O zaman Saşanın 19, şahzadənin isə 17 yaşı olub. Xanım Ledi Dinin kiçik oğlunu ad gününü qeyd etmək üçün “Vine Tree” pabına dəvət edib.

II Elizabetin nəvəsi Saşaya yumşaq oyuncaq və üzərində on porsiya spirtli içki olan məcməyi hədiyyə edib. Hər ikisi kifayət qədər sərxoş olduqdan sonra pabın arxasındakı otluq sahədə sevişiblər.

O vaxt qız karl ailəsinin Qlosterşirdəki “Highgrove House” adlı ailə iqamətgahında atlara qulluq edib. Uolpol və Harri dost olublar, bir neçə il bir-birlərini tanıyıblar. İndi Saşa ailəlidir və ekskavatorçu işləyir.

Mənbə: starhit.ru

Mənbə: www.oxu.az