Azərbaycanlı məşhurlar Türkiyədəki zəlzələ barədə NƏLƏR DEDİ?

Azərbaycanlı məşhurlar Türkiyədəki zəlzələ barədə NƏLƏR DEDİ?<span class="qirmizi"></span>

Bu gün Türkiyədə səhər saatlarında baş verən dəhşətli zəlzələ çoxumuzu kədərləndirdi. Kədərini və qardaş ölkəyə dəstəyini ifadə edənlər arasında azərbaycanlı məşhur simalar da var.

Lent.az bir çox tanınmışın sosial mediadakı paylaşımını təqdim edir.

Xalq artisti, müğənni Tünzalə Ağayeva Türkiyə xalqına başsağlığı verib.

Aparıcılar Xoşqədəm Baxşəliyeva və Zaur Baxşəliyev zərərçəkən insanlara dəstəklərini ifadə ediblər.

Türkiyədə yaşayan müğənni İradə İbrahimova dəstəkverici paylaşımlar edir.

Müğənni Şəbnəm Tovuzlu da kədərini ifadə edənlərdəndir.

Müğənni Damla zəlzələ anının görüntülərini paylaşıb.

İş qadını Ruhi Əliyeva paylaşımında “Yanınızdayıq, qardaş Türkiyə”, - yazaraq, zəlzələdə həlak olanlara başsağlığı, zərərçəkənlərə isə şəfa diləyib.

İnfluenser Aynişan Quliyeva yaranan dağıntıların görüntülərini paylaşaraq Türkiyəyə dəstəyini bildirib.

Aparıcı Hacı Nuran da Türkiyə prezidentinə və xalqına başsağlığı mesajı verib.

Müğənni Roza Zərgərli hadisəyə görə “Başın sağ olsun, Türkiyəm” – yazaraq, kədərini ifadə edib.

Mənbə: lent.az